"Bursaspor" Namiq Ələsgərova təzminat ödəyəcək

22 Sentyabr, 13:21 Sosial mediada paylaşın:
“Sabah” klubunun üzvü Namiq Ələsgərov keçmiş klubu “Bursaspor”dan təzminat alacaq.
Belə ki, futbolçunun müqavilə üzrə 5 aylıq maaşının ödənilməməsinə görə o, UEFA-ya müraciət etmişdi. Qitənin ali futbol qurumu isə futbolçumuzun xeyrinə qərar çıxarıb. Qərara əsasən “Bursaspor” yarımmüdafiəçiyə 200 min avrodan artıq təxminat ödəməlidir. Qeyd edək ki, Namiq Ələsgərov “Bursaspor”un 2-ci liqaya düşməsinə görə komandadan ayrılıb “Sabah”a keçmişdi.

CANLI YAYIM