"Shusha Chess 2022"də ilk görüşlər keçirildi

22 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirində birinci tura yekun vurulub.
Kişi qrosmeysterlərimizdən Şəhriyar Məmmədyarov Qədir Hüseynovu məğlub edib. Vasif Durarbəyli isə Çin şahmatçısı Vanq Haodan üstün olub.  Teymur Rəcəbov və Rauf Məmmədov isə rəqibləri ilə xalı yarı bölüb. Qadın şahmatçılarımızdan isə Gövhər Beydullayeva Xanım Balacayeva ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə yekunlaşıb. Ülviyyə Fətəliyeva isə Gülnar Məmmədova ilə sülh bağlayıb. Günay Məmmədzadə gürcüstanlı rəqibinə uduzub. Qeyd edək ki, Şuşa Çes 2022-ci turniri sentyabrın 24-ü başa çatacaq.

CANLI YAYIM