Formula 1 üzrə Azərbaycan Qran-prisinin vaxtı müəyyənləşib

21 Sentyabr, 16:10 Sosial mediada paylaşın:
Beynəlxalq Avtoidman Federasiyası Formula 1 üzrə dünya çempionatında növbəti mövsümün təqvimini təsdiq edib.
Mövsüm tarixdə ilk dəfə 24 Qran-pridən təşkil olunacaq ki, bu da rekord göstəricidir. Təqvimə Las Veqas Qran-prisinin daxil edilməsi xüsusi diqqət çəkir. Bununla yanaşı, 2019-cu ildən sonra ilk dəfə Çin Qran-prisi də çempionatda yer alıb. Məsələ ondadır ki, son 3 ildə koronavirus pandemiyasına görə çinlilər yarışa ev sahibliyi hüququndan imtina etmişdi. Bir müddət əvvəl ilkin siyahıda oluduğu kimi, Azərbaycan Qran-prisinin aprelin sonlarında keçirilməsi də təsdiqlənib. Belə ki, aprelin 28-də Bakının küçələrində sərbəst yürüşlər təşkil olunacaq. Bir gün sonra pilotlar təsnifat mərhələsində qüvvəsini sınayacaq.  Aprelin 30-da isə Azərbaycan Qran-prisinin final mərhələsi keçiriləcək. Çempionata martın 5-də Bəhreyndə start veriləcək. Mövsümə noyabrın 26-da Əbu Dabidə yekun vurulacaq.    

CANLI YAYIM