"Neftçi"nin müdafiəçisi komandanı tərk edə bilər

21 Sentyabr, 12:50 Sosial mediada paylaşın:
“Neftçi”nin türkiyəli futbolçusu Mert Çelik komandanı tərk edə bilər.
Buna səbəb Lorentsiu Regekampf ilə «Başakşehir»ə məxsus müdafiəçi arasında yaranmış problemdir. Çempionat oyunlarından birindən sonra futbolçu ilə rumıniyalı mütəxəssis arasında qalmaqal yaranıb. Məhz bu səbəbdən Mert Şelik 4 turdur ki, heyətə düşə bilmir. Futbolçunun xidmətində maraqlı olmadığını deyən Regekampf klub rəhbərliyindən onun göndərilməsini istəyib.

CANLI YAYIM