Cüdo üzrə dünya çempionatında iştirak edəcək millimizin heyəti müəyyənləşib

20 Sentyabr, 12:00 Sosial mediada paylaşın:
Oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı başlanacaq.
Mötəbər yarışda Azərbaycanın 11 idmançısı bacarığını göstərəcək. Kişi cüdoçularımızdan Kəramət Hüseynov 60, Orxan Səfərov və Yaşar Nəcəfov 66 kq-da mübarizə aparacaq. Rüstəm Orucov və Hidayət Heydərov 73, Səid Mollayi 81 kq-da çıxış edəcək. Məmmədəli Mehdiyev 90, Zelim Kotsoyev 100 kq-da medallar uğrunda yarışacaq. Ən ağır çəkidə isə Uşanqi Kokauri uğur qazanmağa çalışacaq. Qadın cüdoçularımızdan Leyla Əliyeva 48, Gültac Məmmədəliyeva 52 kq-da məharətini göstərəcək. Dünya çempionatında fərdi yarışlar oktyabrın 6-dan 12-dək davam edəcək.Oktyabrın 13-ü isə komanda turniri olacaq.

CANLI YAYIM