"Shusha Chess 2022" turnirinin açılış mərasimi olacaq

20 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
Bu gün mədəniyyət paytaxtımız Şuşada ilk beynəlxalq şahmat turnirinin açılışı olacaq.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə keçiriləcək “Shusha Chess 2022”-də 10 ölkənin nümayəndələri qalib adı uğrunda yarışacaq. Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və Vasif Durarbəyli  təmsil eDəcək. Qadınların yarışında isə Günay Məmməzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva və Gövhər Beydullayeva bacarığını nümayiş etdirəcək. Turnirdə Türkiyə, Çin,  Gürcüstan, İsrail, Hindistan, Polşa, Bolqarıstan, Özbəkistan və İran şahmatçıları yarışacaqlar. Xatırladaq ki, “Shusha Chess 2022” yarışı sentyabrın 24-dək davam edəcək.

CANLI YAYIM