Futzal millimiz yoxlama oyununda Qazaxıstan yığmasına uduzdu

20 Sentyabr, 11:07 Sosial mediada paylaşın:
Dünya çempionatının seçmə mərhələsinə hazırlaşan futzalçılarımız yoxlama oyununda Qazaxıstan millisinin qonağı olublar.
Aktau şəhərində keçirilən matç məhsuldarlığı ilə əlamətdar olub. Rəqibin vurduğu 5 qola komandamız 3 qolla cavab verib. Yığmamızın heyətində Ramiz Çovdarov dubl edib. Digər qolu isə Rafael Vilela vurub: Qazaxıstan – Azərbaycan 5:3. Oyundan sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva bunları söyləyib: "İntizamlı idik.  Taktiki planda düzgün oynadıq. Müdafiədə etibarlı, hücumda məhsuldar olduq.Təsadüfi deyil ki, fasiləyə üstün yollandıq. İkinci hissədə isə fiziki cəhətdən çatdırmadıq.  Əvəzetmələrdən az istifadə etdiyimə görə əsas ağırlıq bir neçə futzalçının üzərinə düşdü. Onlar da yoruldular. Amma oyun baxımından ümumi mənzərənin yaxşı olduğunu deyə bilərəm”. Qeyd edək ki, bu gün Qazaxıstan və Azərbaycan komandaları arasında 2-ci görüş keçiriləcək.

CANLI YAYIM