Gimnastlarımız dünya çempionatında tarixi nəaliyyət əldə edib

19 Sentyabr, 13:30 Sosial mediada paylaşın:
Bolqarıstanda bədii gimnastika üzrə dünya çempionatına yekun vurulub.
Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət qrup hərəkətləri komandamız mundialda tarixi nailiyyət əldə edib. Belə ki, yarışın sonuncu günündə finalda mübarizə aparan gimnastlarımız 3 lent və 2 topla hərəkətlərin icrasında hakimlərdən 30.750 bal alaraq bürünc medala layiq görüldü. Qeyd edək ki, bu, Azərbaycanın gimnastika tarixində qrup hərəkətləri komandamızın dünya çempionatınlarıda qazandığı ilk mükafatdır. Xatırladaq ki, bu il  kollektivimiz bir sıra mötəbər yarışlarda uğurlu nəticələrə imza atıb. Belə ki, təmsilçilərimiz Avropa çempionatında 3 bürünc, V  İslam Həmrəyliyi Oyunlarında isə 2 qızıl və 1 gümüş medala yiyələniblər. 

CANLI YAYIM