Sərbast güləşçilərimiz dünya çempionatını 2 medalla başa vurub

19 Sentyabr, 13:15 Sosial mediada paylaşın:
Serbiyada təşkil olunan dünya çempionatının son günündə 3 güləşçimiz bürünc medal uğrunda yarışıb.
Onlardan yalnız 1-i Maqomedxan Maqomedov istəyinə nail olub. Təsəlliverici qarşılaşmada Polşa təmsilçisinə qalib gələn pəhləvanımız 3-cülük uğunda görüşdə İran idmançısını məğlub edib. Qeyd edək ki,  3 qat dünya çempionumuz Hacı Əliyev bürünc medal qarşılaşmasında macarıstanlı rəqibi ilə bacarmayıb. İslam Bazarqanov da ümidləri doğrultmayıb. Beləliklə sərbəst güləşçilərimiz dünya çempionatını 2 bürünc medalla başa vurublar. Xatırladaq ki, daha əvvəl Osman Nurməhəmmədov fəxri kürsünün 3-cü pilləsinə qalxmışdı.

CANLI YAYIM