Şəhriyar Məmmədyarov "Fişer" turnirində mübarizəni davam etdirir

16 Sentyabr, 16:40 Sosial mediada paylaşın:
Amerika  Birləşmiş Ştatlarının Sent-Luis şəhərində şahmat üzrə Fişer turnirində növbəti oyunlar olub. Yarışdakı təmsilçimiz Şəhriyar Məmmədyarov uğurlu çıxışı ilə diqqət çəkib. Belə ki, qrossmeystrimiz hər 3 qarşılaşmada qələbə qazanıb. Şəhriyar əvvəlcə amerikalı Uesli Sonu məğlub edib. Daha sonra şahmatçımız FİDE bayrağı altında çıxış edən  Qari Kasparov və Yan Nepomnyaşiyə qalib gəlib.
Bu nəticələrdən sonra xallarının sayını 4 xal yarıma çatdıran Məmmədyarov liderliyə yüksəlib. Fransa şahmatçısı Əlirza Firuzca da eyni xal toplasa da, əlavə göstəricilərə görə Şəhriyardan geri qalaraq ikinci pillədə qərarlaşıb. Bu gün keçiriləcək görüşlərdə Şəhriyar Leynier Dominqes, Peter Svidler və Levon Aronyanla qarşılaşacaq. Xatırladaq ki, mükafat fondu  150 min dolar olan Fişer turnirində 10 şahmatçı mübarizə aparır

CANLI YAYIM