"Qarabağ" Fransanın "Nant" klubunu darmadağın edib

16 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
“Qarabağ” Avropa Liqasının qrup mərhələsində 2-ci oyununu keçirib.
Komandamız Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın Nant klubunu qəbul edib. Qarşılaşmaya qonaqlar daha yaxşı başlayıblar. Qarabağın qapıçısı Şahruddin Məhəmmədliyev 2 epiozodda komandasını qoldan xilas edib. Hissənin sonuna yaxın isə futbolçularımız fəallaşıblar. Əvvəlcə Ovusu Kvabena diqqət mərkəzinə düşüb. Amma onun fərqlənməsinə rəqib qolkiper imkan verməyib. Az sonra isə Bədavi Hüseynov hesabı açmağa yaxın olub. Amma bu dəfə də rəqibi qapıçı inamlı oynayıb. Beləliklə 1-ci hissədə qapılara top vurulmayıb. Fasilədən sonra da ilk təhlükəli vəziyyəti “Qarabağ” futbolçuları yaradıblar. Ovusu Kvabenanın zərbəsini yenə rəqib qapıçı dəf edə bilib.  Amma 10 dəqiqədən sonra qanalı forvard istəyinə nail olub. O, Filip Ozobiçin ötürdüyü topu qapıdan keçirib. Qoldan ruhlanan komandamız rəqibi öz qapısına doğru sıxışdırıblar. Nəticədə 5 dəqiqədən sonra hesab artıb. Bu dəfə Abdulla Zubir hədəfdən yayınmayıb. 72-ci dəqiqədə qonalqar 3-cü dəfə meydanın mərkəzinə dəvət olunublar. Marko Yankoviç qapını dəqiq nişan alıb 3:0. Beləliklə “Qarabağ” rəqibinə böyükhesabla qalib gəlməklə qrupda ilk qələbəsini əldə edib. Qeyd edək ki, pararlel keçirilən qarşılaşmada “Frayburq” Yunanıstanda “Olimpiakos”u 3:0 hesabı ilə məğlub edib. Beləliklə 2 turdan sonra “Frayburq” maskimum nəticə ilə qrup başçılıq edir. “Qarabağ” və “Nant”ın aktivində 3 xal olsa da, daha yaxşı top fərqinə və rəqibinə qalib gəldiyi üçün Ağdam klubu 2-ci pillədədir. Qrupun autsayderi isə hər iki matçını uduzan “Olimpiakos”dur. Oktyabrın 6-da keçiriləcək 3-cü turda “Qarabağ” Yunanıstanda “Olimpiakos”un qonağı olacaq.

CANLI YAYIM