"Yuventus" Turində "Benfika"ya məğlub olub

15 Sentyabr, 15:19 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının G qrupunda “Mançester Siti” – “Borussiya Dortmund” matçı diqqət mərkəzində olub. Görüşdə bütün maraqlı hadisələr fasilədən sonra baş verib.56-ci dəqiqədə Dortmund klubunun gənc liderlərindən Cyud Bellinqem hesabı açıb.  Amma qonaqlar sərfəli hesabı sonadək qoruya bilməyiblər. 80-ci dəqiqədə Con Stounz, 4 dəqiqə sonra isə Dortmund klubunun sabiq üzvü Erlinq Holandın vurduğu qolla dönüş edən “Mançester Siti” qəıəbə qazanıb - 2:1. G qrupunun “Kopenhagen” – “Sevilya” görüşündə hesab açılmayıb. Hazırda “Mançrster Siti” 6 xalla 1-ci, “Borussiya Dortmund” 3 xalla 2-ci yerdədir. “Kopenhagen” və “Sevilya” heç-heçəyə 1 xalla 3-cü, 4-cü pillədədir. 
 
H qrupubunda favoriti “Pari  Sen-Jermen” İsrail səfərində çətin vəziyyətə düşsə də, uğur qazanlb. Paris klubu “Makkabi Hayfa”nln qonağı olub, 24-cü dəqiqədə meydan sahiblərindən Tyaron Şeri yerli azarkeşləri sevindirub. 37-cu dəqiqədə Lionel Messi hesabl bərabərlışdirib. 2-ci yarıda PSJ digər ulduzları Kilian Mbappe və Neymar “Makkabi Hayfa”nı cəzalandırıblar. Beləliklə Paris klubu 3:1 hesabilə qalib gəlib. 
 
H qrupubda “Yuventus”  2-ci oyunda da uduzub. Halbuki Turində “Benfika” ilə gırüşün 4-cü dəqiqəsində” qoca sinyora” hesabı açıb. Arkadiuş Milik Lissabon klubunun qapısına yol tapıb. Qonaqlar hissənin sonuna yaxın bu qola cavab veriblər. Joau Mariu 11 metrlik zərbədən yararlanıb. Fasilədən sonra “Benfika” önə keçib. David Neresin zərbəsi qarşısıalınmaz olub. Qalan vaxtda “Yuventus” nə qədər çalışsa da, məğlubiyyətdən qurtula bilməyib. Beləliklə “Benfika” Turində 2:1 hesabilə qələbə qazanıb. 
H qrupunda “Pari Sen Jermen” və “Benfika” 6 xalla ilk 2 yeri tutur. “Yuventus” və “Makkabi Hayfa”nın hesabında isə hələ ki, xal yoxdur. 
 
Kraliça Yelizavetanın vəfatı ilə əlaqədar vaxtı dəyişdirilən “Reyncers” – “Napoli” oyununda qonaqlar inamlı qələbəyə aevinublər. “Reyncers”in azlıqda qalması görüşün taleyinə birbaşa təsir göstərib. 55-ci dəqiqədə Qlazqo klubunun heyətində Ceyms Sends meydandan çıxarılıb. Lakin Pyotr Zelinski “Reyncers”in qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib. 68-ci dəqiqədə isə baş hakim 2-ci dəfə 11 metrlik nöqtəni göstərib. Mateo Politano hədəfdən yayınmayıb. Sona yaxln neapollular rəqibin qapısından daha 2 top keçiriblər . Cakomo Raspadori 85, Tangi Ndombele 2-ci hissəyə artırılan ilk dəqiqədə fərqlıniblər: “Reyncers” – “Napoli” 0:3. Neapol klubu 6 xalla A qrupunun lideridir. “Liverpul” və “Ayaks” 3 xalla 2-ci, 3-cü yerlərdədir. Hər 2 görüşü uduzan “Reyncers” isə sonuncudur.

CANLI YAYIM