"Milan" Zaqreb "Dinamo"sunu, "Real" "Leypsiq"i məğlub edib

15 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu olub.
E qrupunda Mahir Emrelinin şərəfini qoruduğu Zaqreb “Dinamo”su “Milan”ın qonağı olub. 1-ci hissənin tamamında hesab açılıb. Olivye Jiru penaltini dəqiq yerinə yetirib. Fasilədən sonra fərq artıb. Aleksis Salemakers 2-ci topu qonaqlarından üapısından keçirib. Zaqreb klubu Mislav Orşiçin vurduğu qolla ümidlənsə də, 77-ci dəqiqədə Tommaso Pobeqa “Rossoneri”nin 3:1 hesablı qələbəsini təmin edib.  Startda “Dinamo”ya minimal hesabla uduzan “Çelsi” yenə qələbə qazana bilmıyib. “Zaltsburq”u qəbul edən “zadəganlar” 48-ci dəqiqədə Rahim Sterlinqin dəqiq zərbəsiylə önə çıxsa da, 75-ci dəqiqədə Noa Okafor hesabı bərabərləşdirib. Qalan vaxtda isə hesab dəyoşməyib: “Çelsi” – “Zaltsburq” - 1:1. Hazırda E qrupuna 4 xalla “Milan” başçılıq edir. “Dinamo” 3 xalla 2-ci, “Zaltsburq” 2 xalla 3-cüdür. “Çelsi” isə 1 xaıla sonuncu - 4-cü yerdədir.   
F qrupubda turnirin qalibi “Real” “Seltik”dən sonra “Leyptsiq”dən də üstün olub. “Kral klubu” matçın taleyini sona yaxın həll edib. Vaxtın yekunlaşmasına 10 dəqiqə qalmış madridlilətin heyətinfə Federiko Valverde fərqlənib. 2-ci hissəyə artırılan dəqiqədə isə Marko Asensio mübarizəyə nöqtə qoyub: “Real” – “Leypsiq” 2:0. F qrupunun “Şaxtyor” – “Seltik” oyununda isə qalib müəyyənləşməyib. 10-cu dəqiqədə Ukrayna klubunun heyətində Artyom Bondarenko avtoqol müəllifi olib. 29-cu dəqiqədə Mixail Mudrik hesabda tarazlıq yaradıb. Bu, matçda sonuncu qol olub. “Şaxtyor” – “Seltik” 1:1. 2 oyundan 6 xal toplayan “Real” F qrupunun lideridir. Hesablnda 4 xal olan “Şaxtyor” İspaniyanın klununun ən yaxın izləyicisidir. “Seltik” 1 xalla 3-cüdür. Hesablnda xal olmayan “Leypsiq” isə 4-cüdür.

CANLI YAYIM