Sofiyada bədii gimnastların dünya çempionatı keçirilir

15 Sentyabr, 11:10 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya çempionatının startı verilib. Mötəbər yarışın ilk günündə millimizin lideri Zöhrə Ağamirova təsnifatda həlqə və topla hərəkətlərdə bacarığını göstərib.  21 yaşlı gimnastımız startda uğurla çıxış edərək finala vəsiqə qazanıb. Zöhrə Ağamirova həlledici mərhələdə 31,150 xal toplayaraq həlqə ilə hərəkətlərdə 6-cı yeri tutub. Atletimiz topla hərəkətlərdə 17-ci yerlə kifayətlənib. İki hərəkətin cəmində isə 10-cu olub.

CANLI YAYIM