Şəhriyar Məmmədyarov "Fişer" turnirində mübarizəyə başladı

15 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərində şahmat üzrə Fişer turnirinə start verilib.
Yarışda 10 şahmatçı , o cümlədən Azərbaycan qrossmeystri Şəhriyar Məmmədyarov iştirak edir. Uesli So, Leyner Dominqes , Hikaru Nakamura, Levon Aronyan və Fabiano Karuana Amerika Birləşmiş Ştatlarını təmsil edir. Petr Svidler , Yan Nepomnyaşi və Qari Kasparov isə FİDE bayrağı altında mübarizə aparır. Fransadan isə Əlirza Firuzca turnirə qatılıb. Yarışın ilk günü 3 tur oynanılıb. Şəhriyar Məmmədyarov ill qarşılaşmada Hikaru Nakamuraya qalib gəlib. Növbəti görüşdə şahmatçımız uğur qazana bilməyib. Qrossmeystrimiz Fabiano Karuanaya uduzub. Günün son qarşılaşmasaında Məmmədyarov Əlirza Firuzca ilə xalı yarı bölüb. Bu nəticələrdən sonra hesabında 1 xal yarım olan Şəhriyar 5-ci pillədə qərarlaşıb. 3 oyunun hamısında qələbə qazanan Yan Nepomnyaşi isə turnir cədvəlinin lideridir.

CANLI YAYIM