Bu gün "Mançester Siti" "Borussiya"nı qəbul edəcək

14 Sentyabr, 16:30 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun növbəti görüşlərinə start verilir. Bu gün ümumilikdə 9 qarşılaşma olacaq ki, onlardan ən maraqla gözləniləni G qrupunda keçiriləcək. İngiltərədə “Mançester Siti” “Borussiya Dortmund”u qəbul edəcək. Oyundan əvvəl baş məşqçilər mətbuat nümayəndələri qarşısına çıxıblar. “Mançester Siti”yə rəhbərlik edən Pep Qvardiola hər an sürpriz edə biləcək kollektivlə qarşılaşdıqlarını bildirib:  “Çempionlar Liqasının görüşləri həmişə çətin olur. Biz qarşılaşdığımız hər bir rəqibə hörmətlə yanaşırıq. Meydana qələbə üçün çıxacağıq. Komandaya inanıram. Ümid edirəm ki, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyik”
Borussiya Dortmundun baş məşqçisi Edin Terziç isə rəqibin gücü barədə danışıb: “Biz kiminlə qarşılaşdığımızın fərqindəyik. Avropanın ən güclü komandalarından biri, bəlkə də birincisi ilə üz-üzə gələcəyik. Qvardiola çox yaxşı kollektiv formalaşdırıb. Rəqibə boş zona verməməliyik.  Yoxsa bir göz qırpımında qapımızda 5 top görə bilərik. Ona görə də maksimum dərəcədə diqqətli olmalı, eyni zamanda soyuqqanlılığımızı qorumalıyıq”.
Matçın ən diqqət çəkən məqamlarından biri isə “Borussiya Dortmund”dan “Siti”yə transfer edilən Erliq Haalandın sabiq komandasına qarşı çıxış etməsidir. Bu qrupun digər görüşündə “Kopenhagen” Seviliya ilə qarşılaşacaq. Hər 2 oyun Bakı vaxtilə saat 23:00-da başlanacaq.

CANLI YAYIM