Avropa çempionatında 1/4 final mərhələsi start götürüb

14 Sentyabr, 17:08 Sosial mediada paylaşın:
Basketbol üzrə Avropa çempionatında ¼ final mərhələsi başlanıb. Azarkeşlər ilk oyunun günündə bir-birindən maraqlı iki qarşılaşmanın şahidi olub. Günün ilk matçında İspaniya ilə Finlandiya milliləri üz-üzə gəlib.  İlk hissə finlandiyalıların üstünlüyü şəraitində keçib. Fasilədən sonra təzyiqi artıran ispanlar meydanı qələbə ilə tərk ediblər. Matçın ən məhsuldar oyunçusu isə Finlandiya yığmasının üzvü Lauri Markkanen olub. “Klivlend Kavalyers”in forvardı 28 xal 11 ribaundla yadda qalıb. İspaniya seçməsinin heyətində isə “Nyu Orlean Pelikans”ın mərkəz oyunçusu Gilyermo Ernanqomes 27 xal toplayaraq qələbədə böyük pay sahibi olub: İspaniya – Yunanıstan 100:90.
Almaniya – Yunanıstan oyununda isə sensasiya qeydə alınıb. Çempionatın favoritlərindən Yunanıstan seçməsi Sloveniya millisi ilə birgə finala çıxmağa əsas namizədlərdən sayılsa da, ellinlilər meydan sahiblərinin öhdəsindən gələ bilməyib. Hərçənd ilk hissədə yunanlar daha məhsuldar oyun nümayiş etdirib. Amma 3-cü periodun gedişində Almaniya basketbolçuları ardıcıl 20 xal topladığı halda Yunanıstan millisi bunun cavabıni cəmi 1 xalla verib. Belədə hesabda geri düşən balkanlılar oyunun sonuna qədər vəziyyəti xeyrinə dəyişə bilməyib. Yeri gəlmişkən, 31 xal 7 ribaund və 8 məhsuldar ötürmə ilə yadda qalan Yunanıstan yığmasının lideri Yannis Adetokumbo 4-cü periodun ortalarında 2-ci dəfə idmançıya yaraşmayan hərəkətə yol verdiyinə görə meydandan kənarlaşdırılıb.  Almaniya – Yunanıstan 107:96.

CANLI YAYIM