"Liverpul" "Ayaks"ın müqavimətini qırıb

14 Sentyabr, 15:06 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının B qrupunda “Bayer Leverkuzen” doğma arenada “Atletiko Madrid”i qəbul edib. Almaniya – İspaniya komandalarının bu qarşılaşmasında da meydan sahibləri 2:0 hesabı ilə üstün olublar. Hər iki qol matçın sonunda vurulub. Robert Andriç və Mussa Diabi topu qapıdan keçirib. Hər iki epizodda məhsuldar ötürməni Jeremi Frimponq verib.
Qrupun portuqaliyada keçirilən digər oyununda isə gözlənilməz nəticə qeydə alınıb. İlk turda “Bayer Leverkuzen”ə minimal hesabla qalib gələn “Brügge” səfərdə “Portu”nu 4 cavabsız qolla məğlub edib. Hesabı “Barselona”dan transfer olunan Ferran Yutqla açıb. 2-ci hissədə Kamal Sova, Andreas Skov Olsen və Antonio Nusa fərqlənib. 2 tura maksimum nəticə əldə edən “Brügge” qrupun lideridir. “Bayer Leverkuzen” və “Atletiko”nun 3 xalı var. Növbəti turda “Brügge” azarkeşləri önündə “Atletiko”nu qəbul edəcək. “Bayer Leverkuzen” isə hər iki görüşündə uduzan “Portu”nun qonağı olacaq.
A qrupunda isə 1 qarşılaşma olub. İlk turda “Napoli”yə böyükhesabla uduzan “Liverpul” doğma arenada “Ayaks”a qalib gəlib. 17-ci dəqiqədə Məhəmməd Salah hesabı açsa da, 10 dəqiqədən sonra Məhəmməd Kudus tarazlığı bərpa edib. Qarşılaşmann sonunda isə Joel Matip yerli azarkeşləri sevindirib - 2:1. Hazırda “Livepul”, “Napoli” və “Ayaks”ın aktivində 3 xal var.  Bu qrupun digər görüşü “Qlazqo Reyncers” – “Napoli” matçı bu gün olacaq.

CANLI YAYIM