"Bavariya" "Barselona"nı 2 cavabsız topla məğlub edib

14 Sentyabr, 13:55 Sosial mediada paylaşın:
Çempionlar Liqasında qrup mərhələsinin 2-ci turuna Plzen və Lissabon şəhərlərində start verilib. “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiya komandası İnteri qəbul edib. İtaliya təmsilçiləri sürprizə imkan verməyiblər. 20-ci dəqiqədə Edin Dzeko hesabı açıb. Fasilədən sonra isə Edin Ceko məhsuldar ötürmə ilə diqqət çəkib. Denzel Dumfries isə yekun nəticəni müəyyənləşdirib -  2:0.
C qrupunun digər oyunu Münhendə keçirilib. “Alyans Arena”da prinsipial rəqiblər “Bavariya” və “Barselona” üz-üzə gəlib. Uzun illər Almaniya çempionunun heyətində çıxış edən Robert Levandovski ilk dəfə sabiq komandasına qarşı mübarizə aparıb. Polşalı forvardın fasiləyə kimi bir neçə imkanı olsa da, 1-ci hissədə qol vurulmayıb. 2-ci yarıda isə meydan sahibləri hesabı açıblar. Lukas Hernandes fərqlənib. Az sonra isə Leroy Sane oyunda son npqtəni qoyub - 2:0. Beləliklə, “Bavariya” ardıcıl 2-ci qələbəsini qazanaraq 6 xalla qrupda liderliyi ələ alıb. “Barselona” və “İnter”in aktivində 3 xal var. Növbəti turda məhz bu iki komanda İtaliyada qarşılaşacaq. “Bavariya” isə autsayder “Viktoriya Plzen”i qəbul edəcək.
D qrupunda yarışan “Sportinq” ardıcıl 2-ci qələbəsini əldə edib. Lissabon klubu azarkeşləri önündə “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib. Görüşdə hesab 90-ci dəqiqədə açılıb. Paulinyo fərqlənib. Son saniyələrdə meydana daxil olan kimi fərqlənən Artur Qomez isə yekun nəticəni müəyyənləşdirib:  “Sportinq” – “Tottenhem” 2:0.
Bu qrupun digər qarılaşması Marseldə olub. Yerli komanda “Ayntraxt”ı qəbul edib. Almaniya təmsilçisi 1-ci hissənin sonunda Yesper Lindströmün vurduğu qolla minimal hesablı qələbə qazanıb. Beləliklə “Sportinq” 6 xalla bu qrupda liderdir. “Tottenhem” və “Ayntarxt”ın 3 xalı var və növbəti turda bu iki komanda Frankfurtda üz-üzə gələcək. “Sportinq”  isə hər iki oyunda qol vura bilmədən uduzan “Marsel”in qonağı olacaq.
 

CANLI YAYIM