Fərid Qayıbov UNESCO-nun iclasına sədrlik edib

14 Sentyabr, 11:20 Sosial mediada paylaşın:
Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsi (CIGEPS) Bürosunun onlayn formatda keçirilən 2-ci iclasına sədrlik edib.
Nazirlikdən "Report"a verilən xəbərə görə, iclasda regional məsləhətləşmələrin nəticələri haqqında Büro məlumatlandırılıb və CIGEPS işçi sənədlərinin layihəsinə dair yazılı şərhlərin icmalı təqdim olunub.
Eyni zamanda gündəliyə əsasən, Büro üzvlərinə gələn il 14 - 17 martda təşkilatın Bakıda keçirilməsi planlaşdırılan bədən tərbiyəsi və idman üzrə məsul nazirlərin və yüksək səviyyəli şəxslərin 7-ci Beynəlxalq Konfransına (VII MINEPS) hazırlıq barədə məlumat verilib. İclasın sonunda Büronun növbəti işçi cədvəli və fəaliyyət planı müzakirə edilib.
Qeyd edək ki, CIGEPS-in növbəti iclası oktyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək.

CANLI YAYIM