Yunan-Roma güləşçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

14 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Serbiyada keçirilən dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi yekunlaşıb.
Yarışın son günündə komandamız mükafat qazanmağa yaxın olub. 60 kqda çıxış edən Murad Məmmədov bürünc medal uğrunda görüşə çıxıb. O, yaponiyalı Fimite Kenijiro ilə qarşılaşıb. Rəqibinə uduzan güləşçimiz fəxri kürsüdən kənarda qalıb. Ən ağır çəkidə Sabah Şəriəti də ümidləri doğrultmayıb. Beləliklə Yunan-Roma güləşi komandamız yarışı 5 medalla tamamlayıb. Xatırladaq ki, 55 kqda Eldəniz Əzizli 2-ci dəfə dünya çempionu olub. Ülvi Qənizadə gümüş, Taleh Məmmədov, Həsrət Cəfərov və Arif Niftullayev isə bürünc medal qazanıb. Beləliklə millimiz 118 xalla komanda hesabında 2-ci olub. Seçməmiz yalnız Türkiyə kollektivindən geri qalıb.

CANLI YAYIM