Xavi: "İstənilən klubla rəqabət edə biləcək bir komandamız var"

13 Sentyabr, 15:28 Sosial mediada paylaşın:
Bu gün UEFA Çempionlar Liqasında 2-ci turun oyunlarına start verilir. İlk mərhələdə 8 qarşılaşma küçieləcək ki, bunların arasında ən maraqla gözləniləni Almaniyada olacaq. Burada Avropanın iki nəhəng kollektivlərindən olan “Bavariya” və “Barselona” üz-üzə gələcəklər. Oyun öncəsi hər iki komandanın çalışdırıcısı mətbuat nümayəndələrinin suallarını cavablandırıb. “Barselona”nın baş məşqçisi Xavi Hernandez sabah nəticədən asılı olmayaraq heç nə itirməyəcəklərini bildirib: “Sabah qalib də gəlsək, bərabərə də qalsaq, məğlub da olsaq heç nə itirmirik. Bu oyuna köklənib hər hansı bir nəticə çıxara bilmərik. Lakin burada qəlbə qazanmaq bizim üçün böyük bir meydan oxuma olardı. 9 aydır bu kollektivlə bir yerdəyəm və istənilən klubla rəqabət edə biləcək bir komandamız var. Sözssüz ki, meydana qələbə qazanmaq üçün çıxırıq və həyəcanlıyıq”
“Bavariya”nın çalışdırıcısı Yuliyan Naqelsman isə “Barselona”nın çox güclü yarımmüdafiəyə sahib olduğunu və onları çətin mübarizənin gözlədiyini bildirib:  “Barselonanın çox güclü yarımmüdafiə xətti var və bunun sayəsində onlar rəqiblərinə pressinq tətbiq edə bilirlər. Nəzərə alsaq ki, Avropanın ən güclü kollektivlərindən birinə qarşı oynayırıq, bizi çox çətin bir matç gözləyir. Start heyətimiz artıq bəllidir. Ümid edirəm ki, stadiona toplaşan azarkeşlərimizi bu gecə sevindirməyi bacaracağıq”
Xatırladaq ki, qonaqların heyətində Robert Levandovski 8 il formasını geyindiyi və ötən mövsümün sonunda tərk etdiyi Bundesliqa təmsilçinə qarşı mübarizə aparacaq.  Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürür. Bu qrupun digər oyununda Plzen "Viktoriya"sı Çexiyada İtaliya "İnter"ini sınağa çəkəcək.

CANLI YAYIM