"Kəpəz" hücumçu transfer edir

13 Sentyabr, 11:15 Sosial mediada paylaşın:
Premyer Liqada istədiyi nəticələri qazana bilməyən "Kəpəz" heyətini yeni futbolçularla gücləndirmək istəyir.
Gəncə təmsilçisi hücum xəttinə əcnəbi oyunçu ilə anlaşıb. Adı açıqlanmayan azad agent statusunda olan legioner forvardla yaxın günlərdə müqavilə imzalanacaq. Qeyd edək ki, 6 turdan sonra aktivində xal olmayan "Kəpəz" turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

CANLI YAYIM