Güləşçilərimiz dünya çempionatında uğurla çıxış edir

13 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında növbəti medalarını qazanıb.
97 kq-da çıxış edən Arif Niftullayev fəxri kürsüyə qalxıb. Bürünc medal görüşündə İtaliya təmsilçisinə qalib gələn idmançı dünya üçüncüsü olub. 63 kq-da yarışan Taleh Məmmədov isə ermənistanlı güləşçi ilə qarşılaşıb. Mübarizədə aşkar üstünlüyə sahib olan idmançımız erməni güləşçiyə sonda 5 xallıq baxımlı fənd tətbiq edərək 10:4 hesabı ilə qalib gəlib. Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının mundialda qazandığı medalların sayı 5-ə çatıb. Daha əvvəl Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş və Həsrət Cəfərov bürünc medal əldə edib.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 təmsilçisi dünya çempionatında mükafat qazana bilər. Təsəlliverici görüşlərdə yunan-Roma güləşçilərindən Murad Məmmədov və Sabah Şəriəti xalça üzərinə çıxacaq. Qadın güləşçilərdən isə Tatyana Omelçenko medal uğrunda mübarizə aparacaq.

CANLI YAYIM