İspaniya çempionatı: "Real" qələbələrini sıralayır

12 Sentyabr, 16:48 Sosial mediada paylaşın:
La Liqanın 5-ci turunda “Real Madrid” “Santyaqo Bernabeu”da “Malyorka”nı qəbul edib.
İlk 4 turda qələbə qazanan “Kral Klubu” seriyanı davam etdirib. Hərçənd ki, hesabı qonaqlar açıblar. 35-ci dəqiqədə Vedat Muriqi topu qapıdan keçirib. Amma fasilə ərəfəsində tarazlıq bərpa olunub. Federiko Valverde uzun reyd edərək baxımlı qol vurub - 1:1. 2-ci hissədə təşəbbüsü tamamilə ələ alan meydan sahibləri 72-ci dəqiqədə hesabda önə keçiblər. Vinisius Junior ardıcıl 5-ci oyununda fərqlənərək “Real” azarkeşlərini sevindirib. Görüşün sonunda Rodriqo diqqət mərkəzinə düşüb. Rəqib müdafiəçiləri çaş-baş qoyan “sambaçı” hesabı artırıb. Yekun nəticəni isə, Real Madrid karyerasında ilk qolunu vuran Antonio Rüdiqer qoyub - 4:1. Beləliklə ardıcıl 5-ci qələbəsini qazanan Kral klubu maksimum nəticə ilə turnir cədvəlinə başçılıq edir. Komanda ən yaxın izləyicisi olan əzəli rəqibi Barselonanı 2 xal qabaqlayır.

CANLI YAYIM