Avropa çempionatında 1/4 finalçılar müəyyənləşib

12 Sentyabr, 15:42 Sosial mediada paylaşın:
Basketbol üzrə Avropa çempionatında ¼ finalçılar müəyyənləşib.
1/8 final mərhələsinin son oyun günündə azarkeşlər maraqlı mübarizənin şahidi olub. Maraqlıdır ki, son oyun günündə keçirilən 4 oyunda qalib gələn komandalar meydanı 94 xalla tərk edib. Ümumilikdə isə, 3 oyun 94:86 hesabıyla başa çatıb. Günün ilk matçında Ukrayna ilə Polşa milliləri üz-üzə gəlib.  İlk hissə ukraynalılıarın üstünlüyü şəraitində keçib. Fasilədən sonra təşəbbüsü ələ alan polşalılar meydanı 94:86 hesablı qələbəylə tərk edib.
Finlandiya – Xorvatiya oyununda  azarkeşlər “Klivlend Kavalyers”in basketbolçusu Lauri Markkanenin benifisini izləyib. 43 xal toplayan basketbolçunun sayəsində Finlandiya seçməsi Xorvatiya komandasından üstün olub -  94:86 .
 Çempionatın favoritlərindən olan Serbiya millisi isə gözlənilmədən ¼ finala vəsiqə qazana bilməyib. İtaliya yığması ilə oyunda Serbiya basketbolçuları ilk hissəni öndə başa vursalar da , fasilədən sonra rəqibin ciddi müqaviməti ilə üzləşib: Serbiya – İtaliya 86:94. Yunanıstan – Çexiya oyunu da maraqlı mübarizə şəraitində keçib. Yannis Adetokumbonun 27 xal 10 ribaundla yadda qaldığı oyunda yunanlar son peridodda əzmkarlıq nümayiş etdirərək qalib gəliblər. Yunanıstan – Çexiya  94:88. Sentyabrın 13-14-də keçiriləcək ¼ final mərhələsində İspaniya – Finlandiya, Almaniya – Yunanıstan, Fransa – İtaliya və Sloveniya – Polşa komandaları üz-üzə gələcək.

CANLI YAYIM