Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazandı

12 Sentyabr, 13:10 Sosial mediada paylaşın:
Serbiyadakı dünya çempionatında güləşçilərimiz 2 medal əldə ediblər. 55 kqda Eldəniz Əzizli finalda çıxış edib. O, həlledici görüşdə gürcüstanlı Nuqzari Çurçumiya ilə üz-üzə gəlib. Macarıstandakı Avropa çempionatının finalında rəqibinə qalib gələn güləşçimiz bu dəfə də sevinən tərəf olub. Təmiz qələbə qazanan Eldəniz Əzizli karyerasında 2-ci dəfə dünya çempionu olub.
72 kqda yarışan Ülvi Qənizadə də final görüşünə çıxıb. O serbiya təmsilçisi Ali Arsalan-la qarşılaşıb. Görüş yerli pəhlivanın üstünlüyü ilə bitib. Beləliklə Ülvi Qənizadə gümüş medalla kifayətlənib.

CANLI YAYIM