MMA döyüşçümüz Nəriman Abbasov iddiaçılar turnirində məğlub olub

7 Sentyabr, 11:10 Sosial mediada paylaşın:
Azərbaycanın “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov “Dana White’s Contender Series”də turnirində ilk görüşünə çıxıb.
28 yaşlı idmançımız ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan turnirdə braziliyalı İsmael Bonfim ilə üz-üzə gəlib. Döyüş İ.Bonfimin qələbəsi ilə başa çatıb - (30-27, 30-27, 29-28).
Xatırladaq ki, MMA döyüşçümüz bu görüşədək peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub.

CANLI YAYIM