Güləşçilərimiz dünya çempionatına hazırdır

7 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək.
Mundialın ilk günlərində yunan-Roma güləşi üzrə millimiz mübarizə aparacaq. Mötəbər yarışda iştirak edəcək pəhləvamlarımız müəyyənləşib. Yunan-roma güləşi üzrə seçmənin heyətində 9 güləşçimiz qüvvəsini sınayacaq.  Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında 55 kqda Eldəniz Əzizli , 60 kqda Murad Məmmədov, 63 kqda Taleh Məmmədov , 67 kqda Həsrət Cəfərov yarışacaq. Bundan başqa Ülvü Qənizadə 72 kq, Sənan Süleymanov 77 kq , Rafiq Hüseynov 82 kq , Arif Niftullayev 97 kq və Sabah Şəriəti isə ən ağır çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparacaq.  Qeyd edək ki, sentyabrın 9-da püşkatma mərasimi keçiriləcək.

CANLI YAYIM