Pyer Qasli "Alfa Tauri"ni "Alpin"ə dəyişir

2 Sentyabr, 17:04 Sosial mediada paylaşın:
Formula 1-də mübarizə aparan “Alpin” komandası “Alfa Tauri” pilotu Pyer Qasli ilə müqavilə imzalamağa yaxındır. Avropa mətbuatının məlumatına görə, tərəflər artıq bütün məsələlərdə razılığa gəlib. Halbuki, mövsümün sonunda Fernando Alonsonun “Aston Martin”ə keçəcəyindən sonra Fransa komandasının avstraliyalı ehtiyat pilotu Oskar Piastriyə şans yaradacağı haqqında xəbərlər yayılmışdı. Amma görünən odur ki, “Alpin” komandası daha təcrübəli pilotla yola davam etmək istəyir. Hazırda “Alfa Tauri”də çıxış edən Pyer Qasli 18 xalla çempionatda 14-cü yerdə qərarlaşıb.
 Qaslinin gedişindən sonra isə “Alfa Tauri” komandası “İndycar” yarışlarında iştirak edən amerikalı pilot Kolton Xerta ilə müqavilə imzalaya bilər. Ümumiyyətlə, Xertanın çıxış etdiyi “Andretti” komandası “Alfa Tauri”nin səhmlərinin səhmlərinə sahib çıxa biləcəyi haqqında da məlumatlar dolaşır.

CANLI YAYIM