Maks Ferstappen Belçika Qran-prisinin qalibi olub

29 Avqust, 17:36 Sosial mediada paylaşın:
Formula 1 üzrə Belçika Qran-prisi başa çatıb.
Olduqca maraqlı mübarizə şəraitində keçən yarışda Maks Ferstappen uğur qazanıb. “Red Bull” sürücüsü cərimələndiyinə görə yarışa son sıralardan başlamalı olsa da, artıq 12-ci dövrədə liderliyi ələ keçirib. Nəticədə niderlandlı pilot finiş xəttini 1 saat 25 dəqiqə 52 saniyəyə qət edərək bu mövsüm 9-cu, ardıcıl isə 3-cü dəfə Qran-pri qalibi olub. Ondan 17 saniyə geridə qalan komanda yoldaşı Serxio Peres fəxri kürsünün 2-ci pilləsinə qalxıb. “Ferrari” piltu Karlos Sayns isə 3-cü olub. Saynsın komanda yoldaşı Şarl Lekler isə finiş xəttini 6-cı keçib. Yeri gəlmişkən, yarışın əvvəlində Fernando Alonsonun bolidi ilə toqquşan “Mersedes” sürücüsü Lüis Hemilton mübarizəni dayandırmalı olub.
Beləliklə də, 14 yarışdan sonra “Red Bull” pilotu Maks Ferstappen şəxsi birincilikdə 284 xalla liderliyini möhkəmlədib. Ondan 93 xal geridə qalan komanda yoldaşı Serxio Peres 2-ci, 186 xal toplayan “Ferrari” pilotu Şarl Lekler 3-cü sıradadır. Mühəndislər Kubokuna da 475 xalla “Red Bull” başçılıq edir. 357 xalı olan “Ferrari” 2-ci sırada qərarlaşıb. “Mersedes” 316 xalla 3-cü pillədədir. Növbəti yarış həftəsonu Niderlandda keçiriləcək. 

CANLI YAYIM