Qadın voleybolçularımız Avstriya millisini məğlub edib

29 Avqust, 14:22 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət millimiz Avro-2023-ün seçmə mərhələsində növbəti görüşünü keçirib. D qrupunda mübarizə aparan yığmamız Avstriya komandasını qəbul edib. Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma millimizin inamlı qələbəsi ilə başa çatıb. Komandamız hər 3 setdə üstün olub: 25:19, 25:19 və 25:13 . Bu nəticə ilə xallarının sayını 9-a çatdıran yığmamız qrupda liderliyini davam etdirir. Millimiz növbəti oyununu da Bakıda keçirəcək. Yığmamız sentyabrın 3-də Sloveniya kollektivi ilə üz-üzə gələcək. Qeyd edək ki, qruplarda ilk iki yeri tutacaq komandalar Avropa çempionatının final mərhələsində iştirak hüququ qazanacaq.

CANLI YAYIM