Boks millimiz ABŞ-da hazırlığa başlayır

25 Avqust, 13:00 Sosial mediada paylaşın:
Kişi boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim məşq toplanışı Amerika Birləşmiş  Ştatlarında olacaq.
Komandamız Denver şəhərində yollanıb. Yığmanın baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayevlə Etibar Abdullayevin rəhbərliyi altında hazırlıq prossesində Olimpiya çəki dərəcələri üzrə 9 idmançı iştirak edəcək.  Toplanışa ilkin olaraq Məsud Yusifzadə , Ümid Rüstəmov , Malik Həsənov,  Nəbi İsgəndərov  və Məhəmməd Abdullayev qatılıb. Tayfur Əliyev , Nicat Hüseynov , Sərxan Əliyev və Alfonso Dominges isə qarşıdakı günlərdə komandaya qoşulacaqlar. Məşqlər sentyabrın 7-dək davam edəcək. Təlim məşq toplanışından sonra millimiz Birləşmiş Ştatlarda beynəlxalq turnirdə iştirak edəcək. Yarış sentyabrın 7-dən 16-dək keçiriləcək.

CANLI YAYIM