Güləşçilərimiz dünya birinciliyini 9 medalla tamamladılar

22 Avqust, 11:15 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada gənc güləşçilərin dünya birinciliyi başa çatıb.
Yarışın sonuncu günündə daha 3 idmançımız medal qazanıb. Yunan-Roma güləşçilərimizdən 67 kq-da çıxış edən Kənan Abdullazadə finalda gürcüstanlı rəqibini məğlub edərək dünya çempionu olub. 72 kq-da mübarizə aparan Qurban Qurbanov isə moldovalı güləşçiyə qalib gələrək qızıl medala yiyələnib. Nihad Məmmədli isə 60 kq çəkidə yaponiyalı atleti məğlubiyyətə uğradaraq bürünc mükafatın sahibi olub. Beləliklə gənc güləşçilərdən ibarət seçməmiz dünya birinciliyini 5-i qızıl, 1-i gümüş, 3-cü bürünc olmaqla ümumən 9 medalla tamamlayıb. Yunan-Roma güləşçilərimiz üçün turnir xüsusilə əlamətdar olub. 3 qızıl, 2 gümüş mükafat əldə edən idmançılarımız komanda hesabında 119 xalla 2-ci olublar. Bu, 20 yaşadək yunan-Roma güləşçilərimiz üçün dünya birinciliklərində rekord göstəricidir. Bundan başqa seçməmiz medalların əyyarı və sayına görə son 8 ildə ən uğurlu nəticəsini qazanıb.

CANLI YAYIM