ÇL: "Benfika" səfərdən qələbə, "Srvena Zvezda" isə məğlubiyyətlə döndü

18 Avqust, 17:20 Sosial mediada paylaşın:
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları yekunlaşıb. Ötən mövsüm qrup mərhələsində “Bavariya” və “Barselona” ilə eyni qrupda mübarizə aparan Kiyev “Dinamo”su ilə “Benfika” bu dəfə pley-ofda üz-üzə gəlib. Ötən mövsüm Kiyevdə lissabonlularla qolsuz heç-heçə edən Mirça Luçeskunun komandası bu dəfə Polşanın Lodz şəhərində rəqibinə məğlub olub. Oyuna güclü hücumlarla başlayan “Benfika” artıq 9-cu dəqiqədə Jilbertonun qüvvətli zərbəsi sayəsində hesabı açıb.  37-ci dəqiqədə “Dinamo”nun müdafiəçisi İlya Zabarnının səhvindən sonra Qonsalu Ramuşla fərqi artırıb. “Benfika”nın üstünlüyü şəraitində keçən 2-ci hissədə hesab dəyişməyib:  “Dinamo Kiyev”  –  “Benfika”  0:2.
Günün ən məhsuldar oyunu isə İsraildə qeydə alınıb. Hayfada Serbiyanın “Srvena Zvezda” klubunu qəbul edən “Makkabi” artıq 18-ci dəqiqədə hesabı açıb. Fratsdi Pyero diqqət mərkəzinə düşüb.  27-ci dəqiqədə “Srvena Zvezda” hesabı bərabərləşdirib. Peşiçin zərbəsindən sonra top müdafiəçiyə dəyərək qapıdan keçib. Rəqibi pressinq altında saxlayan qonaqlar fasilə ərəfəsində Kanqanın cərimə meydançasından kənarda qapıya endirdiyi qüvvətli zərbədən sonra hesabda önə çıxıb. İkinci hissədə “Makkabi” təşəbbüsə yiyələnərək vəziyyəti xeyrinə dəyişib.  Əvvəlcə 51-ci dəqiqədə Pyerro dubl edib. 10 dəqiqə sonra Çeri “Makkabi”yə yenidən üstünlük qazandırıb. Bu oyunda vurulan sonuncu qol olub: “Makkabi Hayfa” –  “Srvena Zvezda”  3:2. komandalar arasında cavab oyunu avqustun 23-də keçiriləcək.

CANLI YAYIM