Komandamız İslamiadada daha bir neçə növdə mükafat qazanıb

18 Avqust, 15:12 Sosial mediada paylaşın:
V İslam Həmrəyliyi Oyunlarında karate üzrə milli komandamızın üzvləri də mükafatçılıar sırasına çıxıblar. Kata yarışlarında ölkəmizi Roman Heydərov təmsil edib. Karateçimizin çıxışı bürünc medalla qiymətləndirilib. Xatırlaadaq ki, Roman Heydərov 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı. Konyadakı kutime yarışlarında isə 67 kq çəki dərəcəsində qüvvəsini sınayan Tural Ağalarzadə və 55 kq-da Mədinə Sadıqova da bürünc medala sahhib olublar.
Kikboksinq yığmamız da İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış edir.  Low kick növündə 91 kq-dan artıq çəkidə qüvvəsini sınayan Bəhram Rəcəbzadə bütün rəqiblərinə qalib gərələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmin növdə 71 kq  Rəhim Əliyev gümüş müakfatla kifayətlənib. Elxan Əliyev "full contact" növündə ,  Qəşəm Məmmədov və Aysu Devrişova isə "low kick"də mübarizəni bürünc medalla başa vurublar.
Qadın üzgüçümüz Məryəm Şeyxəlizadəxangah Konyada daha bir medal qazanıb. O, bu dəfə
100 metr məsafəyə batterflay üsulla üzmədə bürünc medala sahib çıxıb. Şeyxəlizadəxangah məsafəni 1 dəqiqə, 2,24 saniyəyə qət edib. Xatırladaq ki, 18 yaşlı idmançımız bundan  əvvəl 50 metr məsafəyə batterflay üsulla üzmədə ikinci yeri tutmuşdu.
 

CANLI YAYIM