U-20 güləş millimiz dünya çempionatında ikinci medalını qazanıb

18 Avqust, 13:00 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada 20 yaşadək güləşçilərin dünya çempionatı keçirilir. Yarışların növbəti günü də komandamız üçün uğurlu olub.. Sərbəst güləş üzrə yığmamızın üzvü, 74 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Qadjiyev finala kimi inamla irəliləyib. Həlledici qarşılaşmada onun rəqibi yapniyalı Ryunosuke Kamiya ilə üz-üzə gəlib. Rəqibindən aşkar üstün olan Qadjiyev vaxtından əvvəl qələbəni təmin edib. Bununla da gənc pəhləvanımız
dünya çempionatında qızıl medala sahib olub. Bu komandamız Bolqarıstnda 3-cü mükafatıdır. Xatırladaq ki, bundan əvvəl  70 kqda Kənan Heybətov da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 65 kqda yarışan Zirəddin Bayramov isə gümüş mükafatla kifayətlənib.

CANLI YAYIM