Şpaqa növündə millimiz İslamiadanın qızıl medalını qazanıb

18 Avqust, 11:30 Sosial mediada paylaşın:
5-ci İslam Həmrəyliyi Oyunlarının qılıncoynatma yarışlarının son günü də idmançılarımız üşün uğurlu alınıb. 
Mübarizəyə 1/8 finaldan qoşulan Ruslan Həsənov, Kənan Əliyev və Barat Quliyevdən ibarət şpaqa millimiz etimadı doğrudub. Yığmamız əvvəlcə Birləşmiş Ərəb Əmirlikləri seçməsi ilə üz-üzə gəlib.  Görüş şpaqaçılarımızın 45:33 hesablı qələbəsi ilə yekunklaşıb. Komandamızın ¼ finaldakı rəqibi Özbəkistan idmançıları olub. İlk görüşdə olduğu kimi yığmamız bu dəfə də inmalı oyun nümayiş etdirərək 45:32 hesabı ilə qalib gəlib. Həlledici qarşılaşmada İran qılıncoynadanları ilə üz-üzə gələn şpaqa ustalarımız 45-35 hesabı ilə qalib gəlib və islamiadanın çempionu olublar.  Qeyd edək ki,  komandamızın üzvü Ruslan Həsənov fərqi yarışlarda gümüş mükafat  əldə edib. Daha  əvvəl sablya üzrə qadınlardan ibarət millimiz də 5-ci İslam Həmrəyliyi Oyunlarında birinci yeti tutmuşdu.

CANLI YAYIM