"Qarabağ" - "Viktoriya" oyununda hesab açıllmayıb

18 Avqust, 11:15 Sosial mediada paylaşın:
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-ofunda ilk görüşə çıxıb.
Ağdam futbolçuları Bakıda “Viktoriya” Plzeni qəbul ediblər. Komandamız matça güclü hücumlarla başlayıb. 6-cı dəqiqədə Marko Veşoviç və Kadi fərqlənməyə yaxın olublar. 15-ci dəqiqədə Veşoviçin ötürməsindən sonra Abdullah Zubir özünü topa çatdıra bilməyib. 27-ci dəqiqədə İbrahima Vacinin zərbəsi təhlükəli alınıb. Çox keçmədən “Viktoriya” futbolçuları qol vurmağa yaxın olublar. Ancaq Yan Kopits topa istədiyi kimi toxuna bilməyib. Beləliklə 1-ci hissədə hesab açılmayıb. Fasilədən sonra da oyunun məzmununda ciddi dəyişiklik olmayıb. “Qarabağ” futbolçuları təşəbbüsü əldən verməyiblər. 83-cü dəqiqədə Filip Ozobiçin qüvvətli zərbəsindən sonra Yindrjix Stanek əla reaksiya göstərib. Bu, oyunda futbolçularımızın yaratdığı son real qol epizodu kimi yadda qalıb. Beləliklə “Qarabağ” – “Viktoriya” Plzen matçı 0:0 hesabilə başa çatıb.

CANLI YAYIM