Cüdo milli komandanız qızıl medal qazandı

18 Avqust, 11:00 Sosial mediada paylaşın:
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın cüdo kişi milli komandası finala çıxıb. Kişi cüdo millisi əvvəl Bəhreyni, daha sonra yarımfinalda Tacikistanı 3:1 məğlub edərək həlledici mərhələyə yüksəlib. Qızıl medal uğrunda mübarizədə qardaş ölkə Türkiyə milli komandasına 3:2 hesabı ilə qalib gələn cüdoçularımız fəri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qadın yığma komandası isə Türkmənistanı 3:0 məğlub etsə də, 1/4 finalda Əlcəzairə 2:3 hesabı ilə uduzub. Azərbaycan millisi bürünc medal üçün təsəlliverici görüşdə isə Seneqala 3:1 qalib gəlib. Qeyd edək ki, fərdi yarışlarda Azərbaycan cüdoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar.
 

CANLI YAYIM