Gənc güləşçimiz dünya çempionu olub

17 Avqust, 17:36 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada 20 yaşadək güləşçilərin dünya çempionatı keçirilir.
Yarışların ilk günü ən yaxşı nəticəni Kənan Heybətov göstərib. 70 kq çəki dərəcəsində mübarizə aparan gənc pəhləvanımız finala kimi inamla irəliləyib. Həlledici qarşılaşmada onun rəqibi Amerika Birləşmiş Ştatları təmsilçisi Miçel Mesenbrink olub.  İlk hissəni 7:2 hesabı ilə öndə tamamlayan idmançımız ikinci yarıda da üstünlüyünü qoruyub. Yekunda  13:7 hesabı ilə qalib gələn Kənan Heybətov dünya çempionu adını qazanıb. Xatırladaq ki, bu,  Kənanın karyerasında ilk dünya çempionluğudur.  Qeyd edək ki,  65 kqda çəkidə yarışan Zirəddin Bayramov finalda Özbəkistan güləşçisinə uduzaraq gümüş medal əldə edib.   79 kq-da isə Soslan Tigiyev  isə  bürünc medal görüşündə qırğızıstanlı idmançı ilə bacarmayaraq  5-ci yerlə kifayətlənib.

CANLI YAYIM