Cüdoçularımız İslamiadada fərdi turniri 5 medalla tamamladı

17 Avqust, 15:30 Sosial mediada paylaşın:
Cüdoçularımız İslamiadada daha bir  mükafat qazanıblar. 100 kq-da Elmar Qasımov yarımfinalda pakistanlı rəqibini məğlub edəndən sonra finalda özbəkistanlı cüdoçuya uduzaraq gümüş medalla kifayətlənib.
Zelim Tskayev 81 kq-da, İmran Yusifov isə ən ağır çəkidə bürünc medal uğrunda görüşdə uduzub. Beləliklə komandamız cüdoçuların fərdi turnirini 1-i qızıl, 3-ü gümüş, 1-i bürünc olmaqla, ümumən 5 mükafatla tamamlayıb.

CANLI YAYIM