Futbolçularımız İslamiadanın bürünc medalına yiyələnib

17 Avqust, 12:30 Sosial mediada paylaşın:
5-ci İslam Həmrəyliyi Oyunlarında futbolçularımız bürünc mükafat qazanıb. Komandamız 3-cü yer uğrunda qarşılaşmada Əlcəzair seçməsi ilə üz-üzə gəlib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Komandalar əlavə vaxtda da bir-birlərinin müqavimətini qıra bilməyiblər. Qalibi müəyyənləşdirmək üçün təyin olunan penalti seriyasında isə futbolçularımız daha dəqiq oynayaraq yekunda bürünc medalın sahibi olublar.
Qeyd edək ki, seçməmiz İslamiadanın ilk qarşılaşmasında Səudiyyə Ərəbistanı komandasına minimal hesabla uduzmuşdu. Daha sonra İran millisi ilə görüşdə futbolçularımıza 3:0 texniki qələbə verilmişdi. Mərakeş yığması ilə 2:2 hesablı heç-heçədən sonra yarımfinalda Türkiyə idmançılarına uduzan komandamız bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanmışdı. Xatırladaq ki, 2017-ci ildə Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında futbolçularımız fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

CANLI YAYIM