Qurban Qurbanov: "İnanıram ki, tərəfdarlarımızı razı sala biləcəyik"

17 Avqust, 12:03 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının pley-off mərhələsi çəeçivəsində üz-üzə gələcək “Qarabağ” -"Viktoriya" oyunu öncəsi mətbuat konfransı keçirlib. Media nümayəndələi qarşısına çıxan Qurban Qurbanov və klubun futbolçusu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıblar. Qurban Qurbanov qruplara düşmək üçün son şansları olduğunu, həmçinin, rəqibin də digər kollektivlərə nisbətən daha fərqli və güclü olduğunu bildirib: "Qruplara düşmək üçün son sınağımızdır. Bu vaxtadək fərqli rəqiblərə qarşı oynadıq. Hazırkı rəqibimiz digərlərindən tam fərqlənir. Çexiya futbolu oyun intizamı ilə seçilir. Bu cür komandalara qarşı oynamışıq. Biz daha çox güc sərf etməliyik. Bakıda və səfərdə çox dözümlü olmalıyıq. İnanıram ki, futbolçular bunu bacaracaqlar. Son sınaqdan faydalı çıxmağa çalışacağıq. Azarkeşləri yaxşı mübarizə və oyunla sevindirmək istəyirik. Matça maraq da çoxdur. Fanatların inamını qoruyub saxlamaq niyyətindəyik. İnanıram ki, tərəfdarları razı sala biləcəyik".
Heyətində ciddi itki olmayan “Viktoriya” Plzen Bakıdakı qarşılaşmaya hazırdır. Komanda optimal heyətlə meydana çıxacaq. Plzen klubunun baş məşqçisi Mixal Bilek görüş ilə bağlı bir qədər ehtiyyatlı danışıb. O, bu oyunda “Qarabağ”ın favorit tərəf olduğunu hesab edir: “Burada hava istidir. Tribunalarda minlərlə azarkeşin olacağını bilirik. Bu amillər bizim oyunumuza ciddi təsir edəcək. Bakıya hazırlıqlı gəlmişik. Rəqibimiz 3 böyük ölkənin çempionlarını Çempionlar Liqasından kənarlaşdırıb. Amma biz də Çexiya çempionuyuq. Asan təslim olmayacağıq.”
Xatırladaq ki, ilk oyun bu gün, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

CANLI YAYIM