"Atletiko" və "Betis" mövsümə qələbə ilə başlayıb

16 Avqust, 15:14 Sosial mediada paylaşın:
“Atletiko” İspaniya La Liqasına inamlı qələlə ilə start verib. Madrid təmsilçisi səfərdə “Xetafe”ni məğlub edib.  Qarşılaşmaya fəla başlayan qonaqların cəhdləri 15-ci dəqiqədə nəticəsini verib. Alvaro Morato cərimə meydançasının xətti üzərindən qapını dəqiq nişan alıb.  Fasilədən sonra Morato yenidən diqqət mərkəzinə düşüb. O, bu dəfə 59-cu dəqiqədə fərqlənib. Matçda son nöqtəni isə Antian Qrizman qoyub. Beləliklə “Atletiko”  çempionata 3:0 hesablı qələbə ilə başlayıb.
Eyni hesabla “Betis” doğma azarkeşləri qarşısında qalib gəlib.  “Elçe”ni qəbul edən Seviliya təmsilçisi 28-ci dəqiqədə hesabı açıb.  Nabil Fekirin ötürdüyü topu Borxa Elqesias qapıdan keçirib.  Hücumlarına ara yerməyən “Betis” futbolçuları hissənin sonlarına yaxın növbəti dəfə qonaqları məyus ediblər. Xuanmi fərqi artırıb. Fasilədən sonra da matç meydan sahiblərinin üstnülüyü şəraitində keçib. Bir saatın tamamında Xuanmi dubl edib. Görüşün qalan vaxtında isə hesab dıəyişməyib.   “Betis”- “Elçe” 3:0

CANLI YAYIM