"Liverpul" mövsümdə ardıcıl ikinci oyunda heç-heçə edib

16 Avqust, 13:08 Sosial mediada paylaşın:
İngiltərə Çempionatında 2-ci tura bir oyunla yekun vurulub. Bu mövsüm işləri heç də yaxşı getməyən “Liverpul” kollektivi evdə “Kristal Pelas”la üz-üzə gəlib.  Oyunda hesabı qonaqlar açıblar. 32-ci dəqiqədə Vilfrid Zaha ötürməni qola çevirib. 57-ci dəqiqədə isə meydan sahiblərinin heyətindən Darvin Nunyes qırmızı alaraq komandasını azlıqda qoyub. Lakin qonaqlar bu üstünlükdən yararlana bilməyiblər. Əvəzində isə “Liverpul” 61-ci dəqiqədə Luis Diazla hesab arasındakı tarazlığı bərpa edib. Matçın geri qalan dəqiqələrində isə hesab dəyişməyib: “Liverpul” – “Kristal Pelas” 1:1
Bununla da mövsümdə ikinci bərabərliyini yaşayan mersisaydlılar 2 xalla 12-ci pilləyə yuvarlanıb. Turnir cədvəlinə isə hərəyə 6 xalı olan “Mançester Siti” və “Arsenal” kollektivləri başçılıq edirlər.

CANLI YAYIM