Qadın qılıncoynadanlarımız İslamiadanın qızıl medalına yiyələndi

16 Avqust, 11:15 Sosial mediada paylaşın:
5-ci İslam Həmrəyliyi Oyunlarının 11-ci günündə qılıncoynadanlarımız böyük nailiyyət qazanıblar. Sablya növündə çıxış edən qadın idmançılardan ibarət kollektivimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Anna Başta, Valeriya Bolşakova, Səbinə Kərimova və Sevil Bünyatovadan təşkil olunan komandamız həlledici görüşdə Özbəkistan yığmasını 45:34 hesabilə məğlub edərək qızıl medal qazanıb.
Xatırladaq ki, komanda turnirində qızıl medaldan əlavə, fərdi yarışlarda qadın idmançılarımızdan Palina Kaspiaroviç gümüş, Valeriya Bolşakova və Səbinə Kərimova bürünc mükafat əldə etmişdi.
Şpaqa növü üzrə kişilərin turnirində isə Ruslan Həsənov finalda uduzaraq gümüş medalla kifayətlənib.
Beləcə qılıncoynadanlarımız islamiadanı 1-i qızıl, 2-si gümüş, 2-si bürünc olmaqla 5 medalla tamamlayıblar.

CANLI YAYIM