Cüdoçularımızdan İslamiadada uğurlu start

16 Avqust, 11:00 Sosial mediada paylaşın:
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.
60 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə ipponla qalib gəlib. Qadınların yarışında 48 kq-da mübarizə aparan Könül Əliyeva finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olaraq gümüş medalla kifayətlənib. 73 kq-da yarışan Nəriman Mirzəyev qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Şakram Ahadovla görüşüb. Rəqibinə cərimə xalı ilə uduzan Mirzəyev yarışları gümüş medalla başa vurub. Eyni çəkidə mübarizə aparan Telman Vəliyev isə bürünc medal qazanıb. İdmançımız qırğızıstanlı rəqibinə qalib gəlməkdə çətinlik çəkməyib. Beləliklə cüdoçularımız ilk gündə komandamıza 4 medal qazandırıblar.

CANLI YAYIM