"Beşiktaş" böyük hesabı qoruya bilmədi

15 Avqust, 17:10 Sosial mediada paylaşın:
Türkiyə Super Liqasında 2-ci tur davam edir.
İstanbulun böyük klublarından olan “Beşiktaş” səfərdə “Alanyaspor”la üz-üzə gəlib. Hesab 3-cü dəqiqədə açılıb. Vaut Veqhostun ötürməsindən sonra Kevin Nkudu topu qapıdan keçirərək hesabı açıb. İlk hissənin ortalarında fərq artıb. Salih Uçan komandasını 2-ci dəfə sevindirib. Yarım saatın tamamında cərimə meydançasında kobud oyuna görə təyin olunan penaltini Raşid Qezzal dəqiq yerinə yetirib - 3:0. Çox keçmədən qonaqlar azlıqda qalıb. Emrecan Uzunhan ikinci dəfə sarı vərəqə ilə cəzalanaraq meydandan kənarlaşdırılıb. İnamlı nəticəyə baxmayaraq “Qara qartal” böyük hesabı qoruya bilməyib. İlk hissəyə artırılan dəqiqələrdə “Alanyaspor” buraxılan toplardan birinin əvəzini çıxıb. Efkan Bekiroğlu komandasını ümidləndirib. İkinci hissədə fəallaşan meydan sahibləri məğlubiyyətdən yaxa qurtarıblar. 81-ci dəqiqədə Romen Saiss avtoqol müəllifi olaraq “Alanyaspor”un hesabı minimuma endirməsinə şərait yaradıb. Son dəqiqələrdə meydan sahibləri daha bir qol vurublar. Daniel Kandeyaş komandasına bir xal qazandırıb. “Alanyaspor” – “Beşiktaş” 3:3.

CANLI YAYIM