İslamiadada qılıncoynadanlar və üzgüçümüzdən uğurlu çıxış

15 Avqust, 12:52 Sosial mediada paylaşın:
5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın sablya növündə qadınların şəxsi yarışları keçirilib.
Finalda Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Türkiyə təmsilçisi İrina Şçukla ilə qarşlaşıb. Gərgin keçən görüşdə qardaş ölkənin təmsilçisi 1 xal fərqi ilə qalib gəlib. 15-14. Bununla da  Palina Kaspiaroviç islamiadanın gümüş medalına layiq görülüb. Yarımfinalda Kaspiaroviçə 9:15 hesabı ilə məğlub olan millimizin digər üzvü Səbinə Kərimova isə bürünc medal əldə edib. Daha bir bürünc mükafata Valeriya Bolşakova yiyələnib. Xatırladaq ki, o, yarımfinalda türkiyəli İrina Şçuklaya 10:15 hesabı ilə uduzmuşdu.
Üzgüçülük yarışlarında komandamız ilk medalı qazanıb. Bu uğura Məryəm Şeyxəlizadəxangah olub. 18 yaşlı idmançımız 50 metr məsafəyə batterflay üsulla üzmədə yarışıb və mübarizəni ikinci pillədə başa vurub.   Bununla da Məryəm Şeyxəlizadəxangah 5-ci İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib olub.

CANLI YAYIM